Azərbaycanda əmlak sığortasına maraq niyə azdır? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qış aylarında ev və obyektlərdə baş verən yanğınların sayı artır. Hadisələr
bəzən qısaqapanmadan, bəzən də ehtiyatsızlıqdan baş verir. Bir çox hallarda
insanlar evlərini və obyeklərini sığortalamağa maraq göstərmirlər. Belə
hadisələr zamanı isə çıxılmaz vəziyyətdə qalırlar.
Xezerxeber.az-ın məlumatına görə, sığorta məsələləri üzrə ekspert Vüsal
Bədəlov deyib ki, əslində Azərbaycanda əmlakın sığortalanması icbaridir. Ancaq
faktiki olaraq bu və ya digər səbəbdən bir çox hallarda əmlakların
sğortalanması həyata keçirilmir.
Ekspert bildirib ki, yaşayış obyektlərinin icbari sığortası hadisə zamanı
döşəməyə, tavana, divarlara, divar arxasında qalan elektrik borularına və digər
bu kimi daşınabilməyən əmlakları risklərdən sığortalayır.
Son günlər Yeni il ilə əlaqədər olaraq atılan priotexniki vasitələr də
yanğınlara səbəb oldu. Ekpsert deyib ki, müəyyən hallarda icbari sığorta həmin
hadisələrə də təminat verir.
Sığorta haqları isə elə də baha deyil.
Qeyd edək ki, qanuna əsasən əmlakını icbari sığorta etdirməyənlər 30 manat
məbləğində cərimə edilməlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: