380e9558-3ba8-4657-8c7c-174eb59e259f..jpg

Azərbaycanda əmlakın qeydiyyatı ilə bağlı xərclər azaldılacaq

Baxış sayı: 906 dəfə baxılıb.

Azərbaycanda əmlakın qeydiyyatı ilə bağlı xərclər azaldılacaq

“Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı xərclər
azaldılacaq”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə
Heyətinin sədri Nigar Alimova deyib.

N.Alimova Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın
təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, aidiyyəti dövlət qurumlarının və özəl
tərəfdaşların iştirakı ilə keçirilən “Biznesin yerləşdiyi yer (əmlakın
qeydiyyatı və icarəsi)” indikatoruna dair 2022-23-cü illər üzrə Yol
Xəritəsi”nin təqdimatında çıxış edib.

“Yol xəritəsi çərçivəsində 32 tədbirin reallaşdırılması nəzərdə tutulur.
Bunlardan 23-ü İqtisadiyyat Nazirliyinə, qalanı isə İşçi Qrupunda təmsil olunan
digər qurumlara məxsusdur. Əvvəlki illərdə də ölkədə əmlakın qeydiyyatı və
biznesə təsiri sahəsində tədbirlər görülüb. Əsas hədəf olan həm biznes, həm də
vətəndaşlar üçün əmlak hüquqlarının qeydiyyatı ilə bağlı xərclərin, eləcə də
prosedurların və müraciət ediləcək dövlət qurumlarının sayının azaldılmasına
nail olmuşuq. Əsas hədəflərimiz elektronlaşdırılma səviyyəsinin ən yüksək
mərhələyə çatdırılması, əmlak hüquqlarının qeydiyyata alınmasının bütün
mərhələlərində avtomatlaşdırılaraq sistem üzərindən məmur-vətəndaş ünsiyyəti
olmadan onlayn qaydada tətbiqi, sənəd qəbulunun tam şəffaf həyata
keçirilməsidir”, – deyə o qeyd edib.

Source link