a66aab95-e11e-479c-a255-96accd6578c2..jpg

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Baxış sayı: 597 dəfə baxılıb.

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan
dairələr məlum olub.

APA-nın xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının
ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 28,50% (48 990 seçicidən 13 962 nəfər)
olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19
saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı
11,72% (54 953 seçicidən 6 438 nəfər) olub.

Qeyd edək ki, prezident seçkisində saat 10:00-dək olan seçici fəallığı 19,44%
olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1 259 371 nəfəri
səs verib.

Source link