Lənkəranda 16 yaşlı qız dərmandan zəhərlənib.
ÇıxışYolu.Com xəbər verir ki, 2003-cü il təvəllüdlü Lənkəran rayon Tütəpeştə kənd sakini Nərmin Zaur qızı Əsgərova işlədiyi istirahət-əyləncə mərkəzində halı pisləşdiyindən Təcili tibbi yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olduğundan N.Əsgərova reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, o, intihar etmək məqsədilə 15 ədəd həb qəbul edib.
Faktla bağlı araşdırma aparılır.
Rövşən Əzimov