Azərbaycanda 10 aylıq körpə xəstəxanada öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncədə körpə qız xəstəxanada ölüb.
Cixisyolu.com-ın məlumatına görə, hadisə şəhərdə yerləşən xəstəxanaların birində
qeydə alınıb.
Belə ki, şəhər sakini 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə
xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, körpə qız
xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından
əməliyyat edilibmiş. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.
İlhamə Əbülfət