Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 1455 seçki məntəqəsində panduslar quraşdırılıb.
Mərkəzi Seçki Komissiyasından ÇıxışYolu.Com-a verilən məlumata görə, hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün daşına bilən panduslardan istifadə olunacaq.
Qeyd edək ki, respublika üzrə 125 seçki dairəsi və 5426 seçki məntəqəsi fəaliyyət göstərir.