cb46b7cc-8da4-413c-8f38-a99d69e185f1.webp

Azərbaycanda 170 milyonluq cinayətdə adı hallanan vəzifəli şəxslər – SİYAHI

Baxış sayı: 161 dəfə baxılıb.

Kənd təsərrüfatı məhsulu və tikinti materiallarının ixracından əldə olunan 170
milyon manatdan artıq vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə
cəlb edilib

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat
yayıb.

Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq
subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan
Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş
materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında
cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi
şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının
alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin
fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil
edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən
bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1,
208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici
valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan
vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə başlanmış
cinayət işi üzrə “Foresta”, “Gold Plant”, “Alyans Aqro” və “Shemkir Fruit” MMC
tərəfindən ümumilikdə 31 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi
ilə 52 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında
müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindənRüstəm
Bayram oğlu Qurbanov və Elçin Ənvər oğlu Rüstəmov iş üzrə təqsirləndirilən şəxs
qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və Rüstəm
Qurbanovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı, Elçin Rüstəmovun
barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə
növündə qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və
digər maddələri ilə başlanmış cinayət işi üzrə “Critical Fruit” MMC, “Local
Garden” MMC tərəfindən ümumilikdə 33.5 milyon ABŞ dollarından artıq (müvafiq
dövrün məzənnəsi ilə 57 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan
Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən
edildiyindənFuad Elşad oğlu Xalıqov, Elnur Hidayət oğlu Abbaszadə, Kahin Muxtar
oğlu Əsgərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan
maddələrlə onlara ittiham elan edilib, Elnur Abbaszadə və Fuad Xalıqov
barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Binəqədi
Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, Kahin
Əsgərov isə cinayət təqibini həyata keçirən orqandan gizləndiyi üçün barəsində
axtarış elan edilib.

Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Paradise
Fruits” MMC tərəfindən ümumilikdə 14 milyon ABŞ dollarından artıq (müvafiq
dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan
Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən
edildiyindənİlkin Elmik oğlu Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində
cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində
müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin
qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bundan başqa, Bakı şəhəri Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə vətəndaş
Saleh Rza oğlu Qəbilovun ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul
vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycan
Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən
edildiyindən o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd
olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının
qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2
və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Aqroinnova” MMC
tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq
dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında
müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindənMehman
Caylı oğlu Cəbrayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd
olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının
qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar
üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan
Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində
prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və
zəruri tədbirlər icra olunur.

Source link