1bd059fb-2fd5-4abc-b120-25e7d76a6e03..jpg

Azərbaycanda 18 ildə dörd milyona yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Baxış sayı: 638 dəfə baxılıb.

Azərbaycanda 18 ildə dörd milyona yaxın daşınmaz əmlak dövlət qeydiyyatına
alınıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2006-2023-cü illərdə Azərbaycanda 3 627 332 daşınmaz əmlak üzərində mülkiyyət
hüququ dövlət qeydiyyatına alınıb.

Cixisyolu.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunlardan 943 362-si ilkin qeydiyyat, 2 683 970-i təkrar
qeydiyyatın payına düşüb.

Son 18 ildə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 623 726-sı fərdi
yaşayış və bağ evi, 1 064 199-u mənzil, 1 783 097-si torpaq sahəsi, 77 784-ü
qeyri-yaşayış sahəsi, 67 628-i qeyri-yaşayış obyekti, 12 694-ü əmlak kompleksi,
919-u çoxmərtəbəli yaşayış binası olub.

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə ən yüksək göstərici
ardıcıl olaraq 2023, 2022, 2021, 2019 və 2020-ci illərdə qeydə alınıb. Məsələn,
ötən il ölkədə 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət
qeydiyyatına alınıb. Bu, 2022-ci illə müqayisədə 25% çoxdur. Mülkiyyət hüququ
qeydiyyata alınmış əmlaklardan 54 485-i fərdi yaşayış və bağ evi, 94 735-i
mənzil, 316 596-sı torpaq sahəsi, 7 457-si qeyri-yaşayış sahəsi, 10 698-i
qeyri-yaşayış obyekti, 747-si əmlak kompleksi, 90-ı isə çoxmərtəbəli yaşayış
binası olub.

Source link