Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil
etdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Hərraca çıxarılan “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1 275 manat
olsa da, son təklif 7 800 manata yüksəlib. İlkin qiyməti 6 750 manat olan
“Mercedes-Benz Vito” avtomobili isə 9 500 manata özəlləşdirilib.
Satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 075 manat vəsaitin ödənilməsi
nəzərdə tutulur.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış ola
Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində
keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, dörd səhmdar cəmiyyətinin səhm
paketi və bir kiçik dövlət müəssisəsi çıxarılacaq.