10e74cab-aed7-489a-a2c7-6b086a899545..jpg

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb – RƏSMİ AÇIQLAMA + FOTO

Baxış sayı: 495 dəfə baxılıb.

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb – RƏSMİ
AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda qadın yanıq xəsarətləri alıb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü rayon sakini Röyal
Tağıyev münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu, 1990-cı il
təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək
yandırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupunun baş inspektoruEşqin Qasımov Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib
ki, hadisə nəticəsində T.Məmmədovanın bədəninin 70-80 faizi üçüncü dərəcəli
yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya
aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev
polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Samir İsayev

Source link