Azərbaycanda 24 yaşlı gənci qatar vurdu

Azərbaycanda 24 yaşlı gənci qatar vurdu

Baxış sayı: 1. 971 dəfə baxılıb.

Azərbaycanda 24 yaşlı gənci qatar vurdu

Kürdəmir sakinini qatar vurub.

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Şəmiyev Mirzə Talıb oğlu dəmir yolunu keçmək istəyərkən ehtiyatsızlıq edib və qatar onu vurub.Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə şahidləri bildirib ki, yaralı danışma və eşitmə əngəllidir.

Faktla bağlı araşdırma aparılır.