Azərbaycanda 250 daş karxanasının fəaliyyəti dayandırılıb

Azərbaycanda 250 daş karxanasının fəaliyyəti dayandırılıb

Baxış sayı: 2. 561 dəfə baxılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının monitorinqini aparıb.

Komitədən ÇıxışYolu.Com-a verilən məlumata görə, araşdırma zamanı ölkədə 585 daş və qum-çınqıl karxanalarının fəaliyyət göstərdiyi müəyyənləşib. 

Onların elektron məlumat bazası yaradılıb. Eyni zamanda, bəlli olub ki, 250 karxana torpaq qanunvericiliyinin tələblərini pozaraq fəaliyyət göstərir. Nəticədə qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. 

Monitorinqlər nəticəsində 127 karxanada baş verən qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Komitədən bildirilir ki, 42 karxanada araşdırmalar davam etdirilir. Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də, Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib.

.
www.ÇıxışYolu.Com