6cde7037-3be9-4694-bf9c-b71967367303..jpg

Azərbaycanda 3,6 milyard manat hansı sahəyə sərf olunub?

Baxış sayı: 647 dəfə baxılıb.

Azərbaycanda 3,6 milyard manat hansı sahəyə sərf olunub?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 49 276 borcalana 3
milyard 6,359 milyon manat kredit verib.

Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 439,716 milyon manat
məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 427 mənzil isə kirayəyə
vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit
Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi
varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış
ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin
edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət
göstərir.

Source link