76800ffb-8733-48e4-8290-3c42021a5078..jpg

Azərbaycanda 5 günlük bayram tətili başlayıb

Baxış sayı: 872 dəfə baxılıb.

Azərbaycanda 5 günlük bayram tətili başlayıb

Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.

Cixisyolu.com xəbər verir ki, tətil günləri 2022-ci ilin dekabr ayının 31-i, 2023-ci
ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.

Belə ki, 2022-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü,
2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş
günüdür.

Bununla yanaşı, 31 dekabr və 1 yanvar tarixləri şənbə və bazar günlərinə
təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri
dəyişir və 2023-cü il yanvarın 3 və 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.

Source link