3d1b6bf0-60d2-4c82-a61b-ce563ce4b134..jpg

Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb

Baxış sayı: 675 dəfə baxılıb.

Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb

Azərbaycanda kiçiknominallı metal pul nişanlarına (1, 3 və 5 qəpiklik) tələb
hələ də var və bu il bu tələbdə 6%-ə qədər artım müşahidə olunur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq 5 qəpiklik metal pul nişanının
yenilənməsinin səbəbi ilə bağlı Azərbaycan Mərkəzi Bankından bildirilib.

“Tədavüldə kiçiknominallı, o cümlədən 5 qəpiklik pul nişanlarına tələb,
əsasən, onlardan hələ də qiymətlərin formalaşmasında və pərakəndə ticarətdə
geniş istifadə olunması ilə bağlıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq və
ölkənin qanunvericiliyindən irəli gələn hallarda mərkəzi banklar pul
nişanlarının dizaynında və mühafizə elementlərində yenilənmələr həyata keçirir.

Yenilənmiş 5 qəpiklik pul nişanının dizaynına 2021-22-ci illərdə yenilənməsi
həyata keçirilib, 10, 20 və 50 qəpiklərə uyğun olaraq Dövlət Gerbinin və
istehsal ilinin təsviri əlavə edilib. Bu da müvafiq qanunvericilikdə həyata
keçirilmiş dəyişikliklərlə əlaqədardır”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, sonuncu dəfə ötən il iyulun 27-də Azərbaycanda yenilənmiş 10 və
50 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Source link