1c2235a6-e661-4341-9515-fd0ffacd69ed..jpg

Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO/VİDEO

Baxış sayı: 537 dəfə baxılıb.

Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə
növbəti əməliyyat keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü
İbrahim Ağayev saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan
ümumilikdə 51 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə
zənginləşdirilən 43 kiloqram marixuana, 3 kiloqram heroin və 5 kiloqram
metamfetamin aşkarlanıb. İ.Ağayev narkotik vasitə və psixotrop maddəni İran
İslam Respublikasının şəxsiyyəti istintaqla araşdırılan vətəndaşından
əvvəlcədən təyin olunan məkandan ayrı-ayrı şəxslərə çatdırıb maddi gəlir əldə
etmək məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.


Source link