202b018a-26a6-4a09-abd8-d710680bb329..jpg

Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu

Baxış sayı: 653 dəfə baxılıb.

Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşı qadın uşaq dünyaya gətirib.

Bu barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü
Ayaxanım İltifat qızı Səfərova hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də
qeysəriyyə yolu ilə çəkisi 3100 qram, boyu 49 santimetr olan qız uşağı dünyaya
gətirib.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti
qənaətbəxşdir.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.

Source link