4242b0fc-efae-4cff-8cf3-ed7972a20862.webp

Azərbaycanda ana zorakılığa məruz qalan qızını xüsusi amansızlıqla qətlə yetirib – DƏHŞƏTLİ CİNAYƏT

Baxış sayı: 248 dəfə baxılıb.

Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin
əməkdaşları 22 il əvvəl törədilmiş cinayətin üstünü açıblar.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi
birgə məlumat yayıb.

Bildirilib ki, 9 aprel 2002-ci ildə Hövsan qəsəbəsi ərazisində törədilmiş
1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq
hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi
cinayətlərinin üstünün açılmasını təmin edib.

Belə ki, toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) həmin
tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə,
daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün
sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti
gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən
öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq bu gün Cinayət
Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi
amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində müstəntiqin
vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun təqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbs
qətimkan tədbirləri seçilib.

Source link