69a99974-553a-4b3e-99a6-546c964318f0..jpg

Azərbaycanda aparıcının evini yandırıblar? – DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO

Baxış sayı: 760 dəfə baxılıb.

Azərbaycanda aparıcının evini yandırıblar? – DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib.

Baku.ws-in məlumatına görə, aparıcı sosial şəbəkədə video yayımlayaraq
hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini
qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:

“Martın 24-də evim yandırıldı. Hansı ki, o mənzildə anam, bacım və 4 yaşlı
oğlum var idi. Bu hadisədən bir həftə əvvəl tanımadığımız bir şəxs həyətimizə
girirdi. Bu cinayəti törədən də, bu cinayətin sifarişçiləri də öz cəzalarını
alacaqlar. Mən düşünürəm ki, bu, mənim ailəmin canına qəsd, mənə isə gözdağı
idi”.

Naiblinin yayımladığı görüntülərdə yanan evin videosu da yer alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim
Əmiraslanlı məsələ ilə bağlı bildirib ki, Sabunçu rayonu Zabrat qəsəbəsində
vətəndaş Ş.Axundzadəyə (Şənbəm Naiblinin anası – red.) məxsus evin qarşısında
olan köməkçi tikilidə baş vermiş yanğın hadisəsi ilə əlaqədar aparılan
araşdırmalardan sonra aidiyyəti dövlət qurumunun rəyi əsasında hadisənin
qısaqapanma nəticəsində baş verdiyi müəyyən edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Onu da qeyd edək ki, bir müddət əvvəl Şəbnəm Naiblinin ailə quracağı xəbərləri
yayılmışdı. İş adamı olduğu bildirilən şəxs aparıcıya evlilik təklifi etmişdi.


Source link