1a8c01a9-b65d-4d79-9bec-581bff60c7c3..jpg

“Azərbaycanda aparılan dövlət quruculuğu prosesi davamlıdır və dərin düşünülüb” – RƏY + FOTO

Baxış sayı: 934 dəfə baxılıb.

“Azərbaycanda aparılan dövlət quruculuğu prosesi davamlıdır və dərin
düşünülüb” – RƏY + FOTO

“Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi
Forumunda iştirakı və tədbir çərçivəsində keçirdiyi mühüm görüşlər onun dünya
səviyyəli böyük lider olmasını və qlobal məsələlərdə Cənab İlham Əliyevin
dəyərli məsələhətlərinə xüsusi önəm verildiyini təsdiqləyir. Dövlət başçısının
Davos Forumu çərçivəsində bir sıra ölkələrin, eləcə də dünyanın tanınmış
şirkətlərinin rəhbərləri ilə görüşlər zamanı diqqətə çatdırdığı mesajlar
iqtisadi-siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, müharibədən
sonra yaranmış yeni siyasi gerçəkliklər fonunda Azərbaycanın beynəlxalq sülh və
təhlükəsizliyin möhkəmlənməsi, regionda geosiyasi proseslərin tənzimlənməsində
ölkəmizin aktiv rolu və digər mühüm məsələlər haqqında qəti və prinsipial mövqe
nümayiş etdirildi”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, forumda öz ərazi bütövlüyünü təmin etmiş
Azərbaycanın müəyyən etdiyi regional sülh və dayanlıqlı inkişaf proqramlarının
vəziyyəti, perspektivləri, eyni zamanda Ermənistanın yaranmış yeni reallıqlara
uyğun addımlar atmasının zəruriliyi və digər məqamlar qlobal mesajlar kimi
təqdim edildi:

“Prezident İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel
iclasda iştirakı zamanı uzaqgörən və müdrik çıxışı da onun planetar təfəkkürlü
lider və qlobal məsələlərin həllində təşəbbükar novatorluğunu təsdiqləyir.
Prezident forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan
magistrala” mövzusunda panel iclasında iştirakı zamanı regionun son dövrdə
formalaşmış geosiyasi və iqtisadi vəziyyətini çox mahircəsinə təhlil etdi,
bildirdi ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olan
Azərbaycan dünya üçün strateji nüfuznu durmadan artırır. Azərbaycan Orta
Dəhlizin əsas mərkəzi həlqəsi olmaqla bu coğrafiyada nəqliyyat və enerji
resurslarının diversifikasiyasında aparıcı ölkədir. Mərkəzi Asiya, Qafqaz və
Avropa arasında daha da sıx əməkdaşlıq platformasının öncül aktorudur. Bununla
yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda
əlavə biznes imkanları yaranmışdır ki, bütün ölkələr üçün bu əla fürsətdir”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti bölgə üçün yeni geniş
geosiyasi əhəmiyyəti olan layihələrdən bəhs edərək dünya ölkələri üçün xüsusi
əlaqələrinin əhəmiyyətindən danışıb:

“İlham Əliyev bildirdi ki, Azərbaycanda aparılan dövlət quruculuğu prosesi
davamlıdır, dərin düşünülüb və hər bir mərhələdə hansı addımların atılacağı
öncədən müəyyənləşir. Bütün bu proseslər Azərbaycan dövlətinin inkişafına,
milli maraqların müasir mərhələnin tələblərinə uyğun təmin edilməsinə xidmət
edir. Dövlətimizin başçısı Azərbaycanın Avropa regionunda enerji təchizatçısı
kimi strateji mövqeyindən bəhs edərək ölkəmizin Avropanın qaz bazarında rolunun
artması və etibarlı tərəfdaş olmasına diqqət çəkdi. Azərbaycanın enerji
sahəsində yaratdığı möhkəm əməkdaşlıq əlaqələri və tərəfdaşlıq platforması
xüsusi vurğulayaraq zəngin neft-qaz resurslarına malik ehtiyatların
diversifikasiyasına xüsusi önəm verdiyini vurğuladı. Geosiyasi aspektdə baş
vermiş bütün proseslərə baxmayaraq, Azərbaycan çox sabit neft təchizatçısı kimi
öz öhdəliyini tamamilə yerinə yetirib. Ötən dövrün enerji siyasəti də
təsdiqləyir ki, Azərbaycanın müəllif olduğu enerji taranzitləri xəttində heç
bir fasilə, fors-major və ya problem meydana çıxmayıb. Bu baxımdan dünya
miqyasında Azərbaycan dərin etibara malik tədarükçü ölkə hesab olunur”.

A.Hüseynov onu da diqqətə çatdırıb ki, Davosda Ermənistanın təcavüzkar obrazı
Prezident tərəfindən bir daha dünya ictimaiyyətinə təqdim olundu:

“Prezident İlham Əliyev regiondakı geosiyasi sabitliyə təhdid olan
Ermənistanın rəhbərliyinin sülh və təhlükəsizlik məsələlərinin müzakirə
edildiyi belə beynəlxalq platformaya qatılmamasını İrəvan hökumətinin sülh
təşəbbüskarlığına qarşı hədsiz məsuliyyətsiz davarmasının nümunəsi kimi
qiymətləndirdi və bir daha Davosda beynəlxalq sülh ictimaiyyəti qarşısında
Ermənistanın bu siyasətini ifşa etdi. Bildirdi ki, Azərbaycan öz ərazi
bütövlüyünü təmin etmiş respublika kimi hazırda bölgədə sülh yaradıcılığında
əsas təşəbbüskarlıq səylərini artırıb, ancaq əfsuslar olsun ki, Ermənistan
bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh
sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın bu cür
mövqeyi region üçün potensial risklərdən biridir, çünki əgər üç Qafqaz ölkəsi
enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası
sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.

Sayad Həsənli

Source link