Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Baxış sayı: 2. 184 dəfə baxılıb.

 

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan “Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər.

“Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

COVAX platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria” vaksinini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq edib.