Azərbaycanda avro ilə əməliyyatların həcmi azalıb

Azərbaycanda avro ilə əməliyyatların həcmi azalıb

Baxış sayı: 2. 340 dəfə baxılıb.

2018-ci ilin I rübündə ölkənin valyuta bazarında qeyri-nağd əməliyyatların həcmi artıb.

ÇıxışYolu.Com xəbər Mərkəzi Banka istinadən verir ki, qeyri-nağd valyuta bazarında aparılan əməliyyatların həcmi 4.8 mlrd. ABŞ dollar ekvivalentində olub.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% çoxdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 12.4% artıb. Avro ilə əməliyyatların həcmi isə 12.1% azalıb.

Qeyd edək ki, qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında (BVB), 71%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.

www.ÇıxışYolu.Com