Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 28
dekabr – 7 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin
daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz
hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi
riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq
tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına
uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına,
sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi
nəzarət olunacaq.
Bildirilir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda
əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri “biletim.az”
qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından
əldə edə bilərlər.