Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb, daha bir nəfər xəsarət alıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli
kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü
Əlibaba Gəncimov odlu silahdan açılan atəşlə qətlə yetirilib. Həmçinin, qadının
23 yaşlı nəvəsi Nurlan Məmmədalıyev xəsarət alıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Əlibaba Gəncimov ov tüfəngi ilə qadına
və nəvəsinə atəş açıb. Eyni zamanda, Nurlan Məmmədalıyev də tüfənglə Əlibaba
Gəncimova atəş açıb. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları
tərəfindən götürülüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi
bildirilir.
Faktla bağlı araşdırma aparılır.