Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə
seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub.
Publika.az-ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il
təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual
xarakterli hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına müraciət daxil
olub.
Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual
xarakterli zorakılıq hərəkətləri-yetkinlik yaşına çatmayan şəxsə qarşı) maddəsi
ilə cinayət işi açılıb.
Məlum olub ki, barəsində cinayət işi açılmış şəxs məsuliyyətdən yayınmaq üçün
Türkiyəyə gedib. Ötən il isə Turanın Türkiyədən qayıtması və ailəsinin yaşadığı
kənddə deyil, Babək rayonun Nehrəm kəndində tanışının fermasında fəhlə işlədiyi
məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən dərhal əməliyyat həyata
keçirilib və o, həbs edilib.
Barəsindəki cinayət işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilən Turan
Yusifov məhkəmənin ötən həftə çıxardığı hökmlə 12 il müddətinə həbs cəzasına
məhkum edilib.