2148e3c2-2b75-4158-93d2-436da8d22e13..jpg

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı

Baxış sayı: 799 dəfə baxılıb.

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı

Zərdab rayonunun Dəkkəoba bələdiyyəsinin sədri Elxan Məmmədovun 2017-2022-ci
illərdə qanunsuz hərəkətlərə yol verməsinə dair toplanmış material üzrə rayon
prokurorluğunda cinayət işi başlanılıb.

Bu barədə Zərdab Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqın gedişində Elxan Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla
bələdiyyə əmlakını mənimsəməsi və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr
müəyyən edilib.

İş üzrə Elxan Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona
Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1
(vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri
ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Source link