c635f03b-6bb6-4381-86c6-3d4960c034c3.jpg

Azərbaycanda bəzi işçilərin maaşlarına əlavələr olacaq – QƏRAR

Baxış sayı: 242 dəfə baxılıb.

Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə
maaşlarına əlavələr müəyyən edilib.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin, mədəniyyət təsisatlarına “beynəlxalq” status aşağıdakı meyarlar
nəzərə alınmaqla veriləcək:

– konsert müəssisələri üzrə:

– tərkibində ən azı iki kollektivi olan;

– beynəlxalq səviyyədə böyük nüfuz qazanan, milli mədəniyyətin təbliğatı və
təşviqatı istiqamətində, o cümlədən beynəlxalq miqyasda təbliğində xüsusi rolu
olan;

– əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını
formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;

– vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural
dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;

– dünyanın aparıcı konsert və ya mədəniyyət sahəsi üzrə ixtisaslaşmış tədris
və digər mədəniyyət müəssisələri, folklor-araşdırma, ekspedisiya mərkəzləri,
müvafiq beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin aidiyyəti qurumları,
diplomatik nümayəndəlikləri və konsulluqları ilə birgə əməkdaşlıq edən;

– muğam, aşıq sənəti və xalq musiqisi ilə bağlı müxtəlif səpkili beynəlxalq və
yerli səviyyəli tədbirlər (festival, müsabiqə, konsert, ustad dərsləri, elmi
konfranslar, seminarlar, mühazirələr, simpoziumlar, dəyirmi masa və s.) təşkil
edən və bu cür tədbirlərdə iştirak edən;

– Azərbaycanın bölgələrinə və ölkə xaricinə mütəmadi qastrol səfərləri təşkil
edən;

– UNESCO çərçivəsində milli-mənəvi dəyərlərin qorunmasında və Azərbaycan
mədəniyyətinin təbliğində fəal iştirak edən;

– müxtəlif layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş
kitablar nəşr edən, həmin kitabların xarici dillərə tərcüməsini həyata
keçirərək təqdimatını reallaşdıran;

– tərkibində səsyazma və ya video studiyaları yaradan;

– asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin
formalaşmasında yaxından iştirak edən.

Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə
maaşlarına əlavələr aşağıdakı kimi olacaq:

Source link