Azərbaycanda bəzi obyektlərin elektrik şəbəkəsinə qoşulması qadağan edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilib.
President.az
bununla bağlı Prezidentİlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 20.4-cü maddə əlavə edilib:
“20.4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən
tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya
tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin
tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə
tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin
elektrik şəbəkəsinə qoşulması qadağandır”.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.