53a1c4ce-9601-485c-96af-ea9a1f426972..jpg

Azərbaycanda bağlanmış bankların əmlakları necə satılır?

Baxış sayı: 625 dəfə baxılıb.

Azərbaycanda bağlanmış bankların əmlakları necə satılır?

Azərbaycanda bağlanmış bankların effektiv ləğv edilməsi, onlara məxsus əsas
vəsaitlərin səmərəli, bankların və kreditorların maraqlarına uyğun realizə
olunması məqsədilə həmin vəsaitlər 3 yolla – açıq hərrac, birbaşa və
Əmanətlərin Sığortalanması Fondunun elektron auksion portalı vasitəsilə satılır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq fonddan bildirilib.

Məlumata görə, fondun Himayəçilik Şurasının 4 may 2017-ci il tarixli 82 saylı
Protokol qərarı ilə təsdiq edilmiş “Ləğv prosesində olan bankların əsas
vəsaitlərinin Satışı üzrə komissiyanın fəaliyyət Qaydaları”na əsasən, əmlakın
hansı formada satılması onun dəyəri əsasında müəyyən edilir. Belə ki, dəyəri 1
000 manatdan az olan əsas vəsaitlər vətəndaşların rəsmi müraciəti əsasında
birbaşa və fondun elektron auksion portalında, dəyəri 1 000 manatdan çox olan
əsas vəsaitlər isə açıq hərracda satışa çıxarılır.

“Hərracın təşkil edilməsi üçün Mülki Məcəllənin 414.2-ci maddəsinin
müddəalarına müvafiq olaraq fondla müqavilə əsasında hərəkət edən və hərracın
keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış hərrac
təşkilatlarına hərrac sifarişi ünvanlanır. Fondun elektron auksion portalında
dəyəri 1 000 manata qədər olan ancaq daşınar əmlakların satışının həyata
keçirilməsi nəzərdə tutulduğu halda hərrac təşkilatlarında dəyəri 1 000
manatdan çox olan daşınar və daşınmaz əmlaklar satışa çıxarılır. Təyinatları
fərqli olduğundan ixtisaslaşdırılmış hərrac təşkilatlarının həyata keçirdiyi
açıq auksion ilə fondun elektron auksion platformasının üstünlük müqayisəsini
aparmaq doğru olmaz”, – deyə açıqlamada qeyd olunub.

Source link