Azərbaycanda “Baku Fashion Week”in ilk mövsümü start götürüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünən Bakı Konqres Mərkəzində ölkədə bütün beynəlxalq standartlara cavab verən
moda həftəsi yaratmaq və yerli dizaynerlərə öz brendlərini və kolleksiyalarını
tanıtmaq üçün ən yaxşı şəraiti təmin edən “Baku Fashion Week”in ilk mövsümünə
start verilib.
Cixisyolu.com-ın məlumatına görə, bu günlərdə Azərbaycan, Türkiyə, Gürcüstan və
İspaniyanı təmsil edən yerli və xarici dizaynerlərin 14 nümayişi olacaq.
“Baku Fashion Week”in dəvət olunan qonaqları arasında yerli və xarici
bloqerlər, inflüenserlər, eləcə də yaxın və uzaq xaricdən moda ikonları var.
Onların arasında istedadlı stilist və Qazaxıstanda moda imperiyasının sahibi
Liliya Rax, milyonlarla tamaşaçı auditoriyası olan məşhur inflüenser,
teleaparıcı, televiziya şoularının iştirakçısı Karina Niqay və başqaları var.
“Harper’s Bazaar”, “Elle”, “Esquire” və “L’Officiel” kimi dünyaca məşhur
media-franşiza nümayəndələri də iştiraklarını təsdiqləyiblər.
Bakı Moda Həftəsinin digər fəxri qonağı və baş direktoru Nina Drako (Polşa)
olub. Nina müxtəlif dizaynerlər və brendlər üçün bir sıra uğurlu beynəlxalq
şouların yaradıcısı və iştirakçısıdır. Öz növbəsində beynəlxalq layihələrdə
böyük təcrübəyə malik Yevgeniya Çernışova (Belarus) “Baku Fashion Week”in ilk
mövsümünün xoreoqrafı olacaq.
Qeyd edək ki, “Baku Fashion Week” “ModePoint” və “Stock” tərəfindən təşkil
olunub.
Daha çox foto burada: PhotoStock.az
.