4c6632e3-e836-4cf8-a645-5fc3323bfc15..jpg

Azərbaycanda bank sektorunun mənfəəti bir milyard manata yaxınlaşıb

Baxış sayı: 651 dəfə baxılıb.

Azərbaycanda bank sektorunun mənfəəti bir milyard manata yaxınlaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-noyabr aylarında banklar 997,4 milyon manat xalis mənfəət
əldə ediblər.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər yayıb.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Hesabat dövrü üzrə bank sektoru 1 milyard 521,2 milyon manat məbləğində
əməliyyat mənfəəti əldə edib.

2023-cü ilin 11 ayında banklar tərəfindən 131,3 milyon manat məbləğində
mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5%
və ya 57,9 milyon manat çoxdur.

Source link