a12aaa64-489e-4bf6-a4e6-8332a5f35561..jpg

Azərbaycanda banklarla bağlı YENİLİK – FOTO

Baxış sayı: 660 dəfə baxılıb.

Azərbaycanda banklarla bağlı YENİLİK – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il Azərbaycanda Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə özəl qurumların
inteqrasiyasına start veriləcək”.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad
Xalıqov İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair
mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə bankların sistemə inteqrasiyasına
başlanacaq.

“İndiyə kimi 950 dövlət qurumu sistemə inteqrasiya olunub. İlin sonuna kimi
altsistemin Rəqəmsal Hökumət Platforması ilə inteqrasiyası nəticəsində vətəndaş
və dövlət qurumları arasında elektron sənəd mübadiləsinin təmin edilməsi
hədəflənir”, – deyə R.Xalıqov qeyd edib.

Daha çox foto burada: PhotoStock.Az

Source link