c87b6592-ffbb-4621-8fd6-7b53dc8c7ca5..jpg

Azərbaycanda bankomatların qəpik pul qaytarması mümkün ola bilər

Baxış sayı: 942 dəfə baxılıb.

Azərbaycanda bankomatların qəpik pul qaytarması mümkün ola bilər

“Gələcəkdə Azərbaycanda da bankomatların vətəndaşlara qəpik qaytarması mümkün
ola bilər”.

Bunu “Report”a açıqlamasında Litvanın “BS/2” şirkətinin direktor müavini Kiril
Ovsyannikov deyib.

O qeyd edib ki, bu artıq dünya təcrübəsində istifadə edilir, bu barədə müəyyən
layihələr var və Azərbaycanda da kommersiya bankları və ya Mərkəzi Bank mövzu
ilə bağlı müraciət etsə bunu ölkəmizdə də tətbiq etmək olar:

“Biz 90-cı illərin ortalarından Azərbaycandakı banklarla əməkdaşlıq edirik.
İstəyirik ki, Azərbaycanda bank sahəsi daha texnoloji, praktik, effektiv,
şəffaf və təhlükəsiz olsun. Bankomatlarla bağlı təkliflər bizim
sifarişçilərimizdən aslıdır. İstənilən mövzu ilə bağlı təklif irəli sürüldükdə,
biz onun texnoloji baxımdan mümkünlüyünü təşkil edirik. Azərbaycanda yerləşən
bir çox bankomatlar bizim şirkətə məxsusdur”.

Xatırladaq ki, bu il yanvarın 1-nə Azərbaycandakı bankomatların sayı illik
müqayisədə 3,1 % artaraq, 2 997 ədədə çatıb. Onlardan 1 565 ədədi Bakıda
quraşdırılıb.

Source link