3e528c32-2a9d-439d-aa1b-2cf1bffe0d43..jpg

Azərbaycanda beş günlük bayram tətili başlayıb

Baxış sayı: 637 dəfə baxılıb.

Azərbaycanda beş günlük bayram tətili başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda beş günlük bayram tətili başlayıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin
ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr
istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ölkədə ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş
günü olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.

Qeyd edək ki, noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham
Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz
qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər
Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan
sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.

Source link