3e5c81e4-837d-49c5-901a-71aeea7331f3..jpg

Azərbaycanda beynəlxalq sığorta formununun keçirilməsi bərpa olunur

Baxış sayı: 488 dəfə baxılıb.

Azərbaycanda beynəlxalq sığorta formununun keçirilməsi bərpa olunur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda beynəlxalq sığorta formununun keçirilməsi bərpa olunur.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) məlumat yayıb.

Bildirilib ki, ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Türkiyənin Antalya
şəhərində keçirilən “Beynəlxalq Sığorta Sərgisi və Konqresi” çərçivəsində
nüfuzlu beynəlxalq forum təşkilatçısı olan “Xprimm” şirkətinin rəsmisi
Georgiana Oprea ilə görüşüb.

Görüşdə Azərbaycanda ənənəvi olaraq təşkil olunan, lakin COVID-19 pandemiyası
ilə əlaqədar təşkilinə fasilə verilən beynəlxalq sığorta forumlarının növbəti
ildən yenidən bərpası ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, sonuncu dəfə 2019-cu ildə Bakıda Beynəlxalq sığorta forumu
keçirilib.

Source link