Azərbaycanda bir ədəd alça neçəyədir? – QİYMƏTLƏR + FOTO

Azərbaycanda bir ədəd alça neçəyədir? – QİYMƏTLƏR + FOTO

Baxış sayı: 2. 640 dəfə baxılıb.

Hər ilin mart ayında alçanın bir kiloqramı az qala qızıl qiymətinə satılır. İndiyə qədər buna ciddi iqtisadi-sosial səbəb gətirilməyib. Sadəcə, belə izah olunur ki, alça ağacı mart ayında bar vermir. 

Qeyd edək ki, alça bu mövsümdə təkcə Azrəbaycan deyil, qonşu ölkənin də bazarlarında od qiymətinə satılır. 

Məsələn, Türkiyə bazarlarında alçanın 1 ədədi 10 lirə təşkil edir. Mövsümündə bir kiloqramı təxminən 5-7 lirə olan alça qış aylarında 700 lirəyə satışa çıxarılır.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycanda “Port bazar”da alçanın 9 ədədi 320 manat təşkil edir. Yəni bir alça təxminən 35,5 manatdır. 

Şəhərin digər bazarlarına gəlincə, “Yaşıl Bazar”da doqquz ədəd alça 18-20 manat arasında dəyişir. Bu halda da bir alçanın qiyməti 2 manat olur. “Təzə Bazar”da isə bir alça 10 manatdır. 

Nəzərə alsaq ki, məhsulun dəyəri 2 ay sonra 0,50 manat təşkil edəcək, bu, o deməkdir ki, alça hazırda istehsalçılar üçün qızıldan, neftdən də stratejidir. Çünki sözügedən hər iki məhsulun qiyməti qısa müddətdə bu qədər şişib, sonradan deflyasiyaya uğramır. 

Satıcılarla söhbət zamanı öyrəndik ki, hazırda bazara çıxarılan alçanın çox az qismi istixanada yetişdirilib, bir qismi isə ölkəyə idxal yolu ilə gətirilib.
 
Ekspertlər isə bildirir ki, istixana şəraitində alça yetişdirən sahibkarların sayı çox azdır. Çünki bu proses baha başa gəlir. Bazarda satılan alçalar isə ölkəyə, əsasən, İrandan gətirilib. 

Leyla Əliyeva
.
www.ÇıxışYolu.Com