Azərbaycanda bir çempionat ləğv olundu

Baxış sayı: 2. 340 dəfə baxılıb.

Azərbaycanda bir çempionat ləğv olundu

window._ttzi = 128;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

AFFA-da bu gün 2018/2019 mövsümü ilə bağlı iclas keçirilib.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq səkkiz klubun əvəzedici komandalarının çempionatı keçirilməyəcək. 

Həmin əvəzedici komandalar I divizionda mübarizə aparacaq. Lakin bu komandalar çempion olarsa, onların çempionluğu əhəmiyyət kəsb etməyəcək və Premyer Liqaya yüksələ bilməyəcəklər. 

I divizionda əsas heyətdə futbolçuların yaş limiti 4+6+1 kimi olacaq. Yəni, dörd nəfər 1998-ci ilə qədər doğulan, altı nəfər 1998, 1999, 2000-ci il təvəllüdlü olan və bir nəfər isə 2001-ci il təvəllüdlü olacaq. 

Premyer Liqanın əsas komandasından əvəzedici heyətə göndərilən futbolçular I divizionda oynaya biləcək. I divizionda 12-14 komandanın mübarizə aparması nəzərdə tutulub. Komanda sayı yaxın günlərdə bəlli olacaq. 

Qeyd edək ki, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Səbail” və “Sabah”ın əvəzedici komandalarından başqa, I divizionda iştirakı dəqiqləşənlər MOİK və “Şüvəlan” klublarıdır. Ötən mövsüm I divizionda çıxış etmiş “Binə” və “Xəzər” klubları isə dağılıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com