387239c0-0bc2-4059-9d7f-8e5c7210350a..jpg

Azərbaycanda bu il “Avro-5” standartında dizel və benzin istehsalı nəzərdə tutulur

Baxış sayı: 986 dəfə baxılıb.

Azərbaycanda bu il “Avro-5” standartında dizel və benzin istehsalı nəzərdə
tutulur

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma
və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların
tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.

Cixisyolu.com-ın məlumatına əsasən, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə
fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul
istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir.

“2022-ci ilin sonuna yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək
qurğuların tikintisi isə 99% yerinə yetirilib. Layihə çərçivəsində “Avro-5”
standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı
nəzərdə tutulub”, – deyə hesabatda bildirilib.

Qeyd edək ki, hesabatı Milli Məclisdə Baş nazir Əli Əsədov təqdim edir.

Aqşin Kərimov

Source link