92ee459b-8c41-4bf8-ad46-442733f7ca4c..jpg

Azərbaycanda bu il istehsal olunan avtomobillərin sayı açıqlandı

Baxış sayı: 540 dəfə baxılıb.

Azərbaycanda bu il istehsal olunan avtomobillərin sayı açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2023-сü ilin yanvar-oktyabr aylarında 2376 ədəd və ya əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 742 ədəd çox minik avtomobili istehsal olunub.

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və
yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-oktyabr aylarında
558,9 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların
istehsalı 33,9 faiz, maşın və avadanlıqların istehsalı 30,2 faiz artıb, sair
nəqliyyat vasitələrinin istehsalı 16,2 faiz azalıb.

Qeyd olunan tarixdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların
istehsalı doqquz faiz artıb.

Source link