Azərbaycanda bu il təbii və texnogen hadisələr zamanı ölənlərin sayı bilindi

Azərbaycanda bu il təbii və texnogen hadisələr zamanı ölənlərin sayı bilindi

Baxış sayı: 3. 076 dəfə baxılıb.

Azərbaycanda bu il təbii və texnogen hadisələr zamanı ölənlərin sayı bilindi

2019-cu ilin doqquz ayı ərzində respublika ərazisində 14192 təbii və texnogen mənşəli hadisə baş verib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu, 2018-ci ilin doqquz ayı ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur.

Baş vermiş hadisələr nəticəsində 60 nəfər həlak olub, 243-ü isə xəsarət alıb.

2018-ci ilin müvafiq dövründə ölkə ərazisində 13 min 398 yanğın hadisəsi olubsa, 2019-cu ilin doqquz ayında 13 min 991 yanğın baş verib.

Yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 168 nəfər xəsarət alıb. Bu da ötən ilin doqquz ayı ilə müqayisədə, yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31 faiz azdır, xəsarət alanlar üzrə 41 nəfər və ya 32 faiz çoxdur.

2019-cu ildə təhlükəli meteoroloji və aqrometeoroloji hadisələr zamanı iki nəfər həlak olub. Qar uçqunu da iki nəfərin həyatına son qoyub.

Göstərilən dövrdə 46 partlayış baş verib və bu, 12 nəfərin ölümünə, 72 nəfərin xəsarət almasına səbəb olub.

Binaların zədələnməsi, zədələnmə təsirindən dağılması və qəflətən uçması ilə bağlı dörd hal qeydə alınıb, bu, üç nəfərin ölümü ilə nəticələnib.

Nəqliyyat vasitələrində 275 yanğın qeydə alınıb, bu, altı nəfərin ölümünə səbəb olub.

Aqşin Kərimov