fbb450a5-c84c-4951-870b-c872fa645726..jpg

Azərbaycanda bütün siqaretlər bahalaşdı

Baxış sayı: 537 dəfə baxılıb.

Azərbaycanda bütün siqaretlər bahalaşdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artıb.

“Qaynarinfo”nun məlumatına görə, bütün növ siqaretlərin qiymətində 0,20-0,50
manat artım qeydə alınıb.

“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat
qiyməti artırılıb.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik
qüvvəyə minib.

Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər
1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və
onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata
yüksəldilib.

Source link