Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə
edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda casusluqda şübhəli bilinərək həbs edilən fransalı Martin Rayanın
atası “Associated France Press”ə verdiyi müsahibədə oğlunun casusluqda əli
olduğunu açıqlayıb.
Kişinin sözlərinə görə, Rayan atası ilə son telefon danışığında onun işi ilə
Fransa – Azərbaycan diplomatik gərginliyi arasında əlaqə olduğunu qeyd edib.
“O, bir gün dedi ki, məndən alət kimi istifadə etmək istəyirlər”, – deyə
Rayanın atası bildirib.
Yaşlı şəxs oğlundan istifadə etmək istəyənlərin Azərbaycandan qovulan iki
fransalı diplomat olduğuna da eyham vurub.
Sual yaranır: Diplomatik toxunulmazlıqdan istifadə edən və casusluğa görə
ölkəmizdən çıxarılan Fransa kəşfiyyatçıları Martin Rayandan necə “alət” kimi
istifadə etmək istəyiblər?
Əminik ki, istintaq bu və bir çox digər suallara cavab verəcək. Bununla belə,
Martin Rayanın diplomat pərdəsi altında ölkəmizdən qovulmuş kəşfiyyatçılarla
əlbir hərəkət etməsi, artıq heç kəsdə şübhə doğurmur. Bu onun qoca atasının
təsadüfən dilindən qaçırdığı açıqlamalarla da öz təsdiqini tapır.