Azərbaycanda çay idxalı ixracı üstələyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın çay idxalı ötən ilin
müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5.9% azalaraq 11 222 ton , dəyər
baxımından isə 5% azalaraq 58 milyon 447 min dollar təşkil edib.
APA-nın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara
görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından
2.8 dəfə azalaraq 586.38 ton, dəyər baxımından isə 47% azalaraq 5 milyon 340
min dollar təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 10 milyon
153 min dollar dəyərində 1626 ton çay ixrac, 61 milyon 492 min dollar dəyərində
isə 11 930 ton çay idxal edib.
Əlavə edək ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının
0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,41%-ni təşkil edib. Bu
dövrdə idxal ixracı 19.2 dəfə üstələyib.