b612fc1f-9430-434b-91e8-53eb62dd3bba..jpg

Azərbaycanda çörək UCUZLAŞDI – FOTO

Baxış sayı: 498 dəfə baxılıb.

Azərbaycanda çörək UCUZLAŞDI – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib.

“Trend”in apardığı araşdırma zamanı məlum olub ki, 60 qəpiyə satılan zavod
çörəyinin qiyməti artıq 55 qəpikdir.

Bu da çörəyin qiymətinin daha 5 qəpik ucuzlaşması deməkdir.

Qeyd edək ki, son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində bir
manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi
barədə suallara səbəb olurdu.

Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi
sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.

Source link