6fb59a62-c5b0-4b9c-a85a-5c62fb490401..jpg

Azərbaycanda dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması tariflərini RİNN müəyyən edəcək

Baxış sayı: 539 dəfə baxılıb.

Azərbaycanda dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması
tariflərini RİNN müəyyən edəcək

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının
tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya
xidmətləri ilə bağlı tariflərin dövlət tənzimlənməsini həyata keçirməsi hüququ
ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin
“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının
yaradılması haqqında” 2015-ci il 21 oktyabr tarixli fərmanında dəyişiklikdə əks
olunub.

Bundan sonra Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası bu sahədə
xidmətlərinin göstərilməsini tənzimləyəcək.

Koordinasiya Şurasının dəmir yolu ilə tranzit yüklərin daşınması, eləcə də
dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman
qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz
limanında göstərilən digər xidmətlər və nəqliyyat-ekspedisiya xidmətləri üzrə
tarifləri müəyyən etmək hüququ ləğv edilib

Dəyişikliyə əsasən, həmçinin nəqliyyat-ekspedisiya xidmətlərinin sərhədləri
müəyyənləşdirilib. Belə ki, bu xidmətlər dedikdə dəmir yolu və dəniz nəqliyyatı
ilə tranzit yüklərin daşınması xidmətləri, habelə tranzit yüklərlə bağlı liman
qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz
limanında göstərilən digər xidmətlər nəzərdə tutulacaq.

Koordinasiya Şurasının ləğv olunmuş səlahiyyətləri, yəni Azərbaycanda dəmir
yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, habelə tranzit
yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən
yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, həmin xidmətlər üzrə
nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin və həmin tariflər üzrə
güzəştlərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə
edilib. Bununla bağlı Prezident İlham Əliyevin “Dəmir yolları və dəniz
nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı
dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə
güzəştlərin müəyyən edilməsi Qaydası”na dəyişikliklər edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tarifləri İqtisadiyyat Nazirliyi
və Maliyyə Nazirliyinin rəylərini nəzərə alaraq altı ay müddətində təsdiq edib
Azərbaycan Prezidentinə məlumat verməlidir. Yeni tariflər təsdiq edilənədək
mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq.

Source link