Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon
651 min ton yük daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, yükdaşımalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1% artıb.
Yüklərin 55,6%-i neft yükləri təşkil edib.
Dəniz limanları 11 milyon 157,8 min ton həcmində yükləmə-boşaltma işləri
həyata keçirib və yüklərin 9 milyon 221,1 min tonunu və ya 82,6%-i tranzit
yüklər təşkil edib.
Noyabrın 1-nə qədər limanlarda qalan yüklərin həcmi 366,7 min ton olub.
Həmçinin cari ilin 10 ayında dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı
2022-ci ilin müvafiq dövrünə nisbətən 13,6% artaraq 20,1 min nəfər olub.