4d9d3ca5-0653-4c1a-aebb-929dbc9a983a..jpg

Azərbaycanda dərman vasitələrinin ekspertiza tarifləri müəyyənləşdirilib

Baxış sayı: 811 dəfə baxılıb.

Azərbaycanda dərman vasitələrinin ekspertiza tarifləri müəyyənləşdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında Azərbaycanda dərman
vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o
cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza
xidmətlərinin tarifləri təsdiq edilib.

Bu barədə Tarif Şurasından məlumat verilib.

“Tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri yoxdur.
Sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29%
azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı
həddə təsdiqlənib. Sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması
həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli
etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu hal dərman
şirkətlərininin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman
vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq”, – deyə məlumatda qeyd
olunub.

“Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman
vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin
müddəti 210 gündən 90 günə endirilib. Xarici qeydiyyatın tanınması üzrə
sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən dövlət reyestrinə daxil
edilən dərman vasitələri üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xarici
qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət – 11 iş
günü təsbit edilib.

Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin
“Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi
nəzərdə tutan Qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.

İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin
qiymətinin yuxarı həddi təsdiq edilib. Etibarlı təchizatın təmin olunması
məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin
qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb.

Qərar dekabrın 8-dən qüvvəyə minir.

Qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı
Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman
vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

İclasda həmçinin, Şuranın 24 noyabr 2011-ci il tarixli qərarı Nazirlər
Kabinetinin 5 dekabr 2023-cü il tarixli qərarına uyğunlaşdırılıb.

Source link