24b189d7-9565-4e0f-84ac-449f843108ae.webp

Azərbaycanda daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib

Baxış sayı: 217 dəfə baxılıb.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) “Startap” şəhadətnaməsi almaq üçün müraciət etmiş daha 16 KOB
subyektinin müraciətinə baxıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, onlardan 10-na müvafiq sənədin verilməsi barədə Ekspertlər
Şurasının rəyinə əsasən qərar qəbul edilib.

Bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 174-ə çatıb.

“Startap” şəhadətnamələri “Seaya” MMC-nin fərdi evlərin və otellərin
rezervasiyası və idarə edilməsi üzrə onlayn platforması, “Eurasia Group”
MMC-nin kardio monitorinq və diaqnostika üçün rəqəmsal platforması, “Qbit
Technologies” MMC-nin əmlak alqı-satqı və xidmət platforması, “Printfable”
MMC-nin fərdi dizaynların onlayn hazırlanması və sifarişi üçün platforması,
“Eventa” MMC-nin kütləvi tədbir təşkilatçıları üçün idarəetmə və bilet satışı
üçün onlayn platforması, “Billing Pro” MMC-nin borcların hesablanması və yığımı
üçün onlayn platforması, “Avtomend” MMC-nin avtomobil parklarının idarə
edilməsi üçün onlayn platforması, “Metanoia” MMC-nin dini maarifləndirmə, halal
məhsulların satışı üçün onlayn platforma və mobil tətbiq, fərdi sahibkarlar
Orxan Məmmədovun anbar idarəetmə, ticarət və mühasibat uçotu üçün mobil tətbiq,
Novruz Novruzovun nəqliyyat vasitələrinin icarəsi və ortaq istifadəsi
(carsharing) üçün onlayn platforması layihələri üçün təqdim edilib.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən
innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir
vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri
“Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün
ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı
ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Source link