Azərbaycanda daha bir cinayət: tərk edilməklə barışa bilməyən kişi gənc qadını öldürdü

Azərbaycanda daha bir cinayət: tərk edilməklə barışa bilməyən kişi gənc qadını öldürdü

Baxış sayı: 2. 144 dəfə baxılıb.

Azərbaycanda daha bir cinayət: tərk edilməklə barışa bilməyən kişi gənc qadını öldürdü

Beyləqan rayonunda daha bir qətl hadisəsi baş verib. Belə ki, keçmiş ər 25 yaşlı həyat yoldaşı Bəhramlı Könül Bəhmən qızına biri sinəsinə olmaqla, yeddi bıçaq zərbəsi vurub.

Bu barədə ÇıxışYolu.Com-a Beyləqan Rayon Prokurorluğundan məlumat verilib.

Ağır cinayət bu gün saat 11:30 radələrində Rayon Mərkəzi Xəstəxanasının həyətində, şahidlərin gözü qarşısında baş verib. Könül Bəhramlı sanitar-epidemioloji stansiyada tibb bacısı işləyirmiş.

1990-cı il təvəllüdlü Quliyev Namiq İsmayıl oğlu qadına mətbəx bıçağı ilə qəfildən hücum edib. Xəstəxana işçiləri hadisə yerinə çatanda qadın artıq ölüb. Hadisədən sonra qatil təslim olub.

İlkin araşdırma zamanı K. Bəhramlı və N. Quliyevin boşandıqları məlum olub. Bu evlilikdən onların bir övladı var. Plastik pəncərə və qapıların istehsalı ilə məşğul olan Quliyev tərk edilməklə barışa bilməyərək uşağının anasını geri qaytarmaq üçün hətta təhdidlərə də əl atıb. Bəzi məlumatlara görə, kişi keçmiş həyat yoldaşının işləməsinə qadağa qoyaraq onu dəfələrlə ölümlə hədələyib.

Bu da məlumdur ki, iki il əvvəl N.Quliyev münaqişə zamanı qayınatasına da bıçaq zərbəsi endirib. Xoşbəxtlikdən o sağ qalıb.

Qətl faktı ilə bağlı cinayət işi açılıb. Saxlanılan şəxsin narkotik istifadə etdiyi iddia edilir.

Ramella İbrahimxəlilova