965289e6-8bd7-4906-bde3-68c32bd6785f..jpg

Azərbaycanda daha bir stadionun projektorları sıradan çıxdı – FOTO

Baxış sayı: 604 dəfə baxılıb.

Azərbaycanda daha bir stadionun projektorları sıradan çıxdı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda daha bir stadionun projektoru sıradan çıxıb.

Prosport.Az-ın xəbərinə görə, Bakıxanov qəsəbəsində yerləşən “Neftçi” Futbol
Mərkəzindəki stadionun (keçmiş İsmət Qayıbov adına stadion – red.)
projektorlarında nasazlıq yaranıb.

Bu səbəbdən dünəndən start götürməli olan “Neftçi” Futbol Akademiyası üçün
nəzərdə tutulan seleksiya məşqləri baş tutmayıb.

Qeyd edək ki, daha əvvəl Tovuz şəhər stadionunda güclü külək nəticəsində
projektorlardan biri aşmışdı. Belə ki, dekabrın 23-də Azərbaycan Premyer
Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 81-ci
dəqiqəsində dirəklərdən birinin aşması nəticəsində oyun yarımçıq saxlanılmış və
ertəsi gün matç qaldığı yerdən davam etdirilmişdi. Tovuz klubu bu səbəbdən öz
meydanında qış fasiləsindən sonra keçiriləcək görüşləri günorta saatlarında
keçirməyə məcbur qalıb.

Həmçinin, daha əvvəl “Səbail” klubunun Bayıl qəsəbəsində ev oyunlarını
keçirdiyi “ASCO Arena”nın işıqlandırma sistemində problem olduğundan, komanda
rəqiblərini günorta qəbul etməyə məcbur qalıb. AFFA U-15 Liqasında “Səbail” –
“Kəpəz” oyunu bu səbəbdən keçirilməyib və təxirə salınıb.

Source link